Hər bir müştərinin istəyi etibarlı, daim fəaliyyət göstərən bir şirkətlə iş görməkdir. Məqsədimiz hər bir müştərinin etibar edəcəyi bir şirkət olmaqdır!

Şirkətimizi tək Azərbaycan Respublikasının hüdudlarında deyil, beynəlxalq arenada peşəkarlığı, etibarlılığı və keyfiyyəti ilə tanıtmaqdır!

Daimilik prinsipini əsas götürərək şirkətimiz sloqanında da olduğu kimi KEYFİYYƏT ünsürünü hər zaman öndə tutmuşdur.

07.01.2016-cı il tarixində yaranan Goldmoon MMC bu gün artıq 8 illik təcrübəsi olan ENERMUS QSC olmuşdur.

Fəaliyyətə başladığı gündən spesifik olan qaz təsərrüfatı sahəsi üzrə ixtisaslaşan şirkət illər keçdikcə məişət və sənaye qaz avadanlıqlarının satışından Şkaf tipli Qaz Tənzimləyici Məntəqə və Elektriksiz İşləyən Pnevmatik Odorant Qurğularının yerli istehsalına keçmiş, 2017-ci ildə lisenziya əldə edərək qaz təsərrüfatı üzrə tikinti quraşdırma işləri və xidmətlərin göstərilməsinə başlamışdır.

ENERMUS QSCyə müraciətiniz zamanı artıq peşəkar texniki dəstək, operativliyin şahidi olacaqsınız!

Referanslar

Sualınız var?

Bir kliklə whatsapp nömrəmizə yazın, dərhal yardımçı olaq.